"Gold Faces of Azerbaijan 2022" : Ruhi Əliyeva mükafata layiq görüldü

Hit: 1755
"Gold Faces of Azerbaijan 2022" : Ruhi Əliyeva mükafata layiq görüldü

"Avand Production"növbəti dəfə Azərbaycanın tanınmış simalarını bir araya gətirib.

News24.az xəbər verir ki, Hilton otelində baş tutan tədbirdə "Gold faces of Azerbaijan 2022"-nin bu dəfəki sahibləri ödülləndirilib.

İctimai, siyasi və mədəniyyət sahələrində uğurlara imza atan tanınmış şəxslər, iş adamları, sənət nümayəndələri fərqləndirilərək mükafata layiq görülüblər.

Onlar arasında iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, millət vəkili Jalə Əhmədova, Xalq artistləri Mələkxanım Əyyubova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Sabir Məmmədov, Əməkdar artistlər Gülüstan Əliyeva, Səlim Abbasov, İlkin Əhmədov və digər tanınmışlar var.

Mükafata layiq görülən iş xanımı Ruhi Əliyeva fəaliyyətinə verilən böyük dəyərə görə təşəkkür edib: "İctimai fəaliyyətim bağlı heç zaman heç kimdən təşəkkür gözləməmişəm. Nə eləmişəmsə, içdən, könüldən eləmişəm. İnsanlara yaxın olmaq, dərd-sərinə yaramaq mənim həyat amacımdır. Amma əməyimə dəyər verilməsi, gördüyüm işlərimə sayğı hər zaman mənə böyük motivasiya verib. Bu mənada zəhmətimi dəyərləndirən təşkilatçılara,  məni bu ödülə layiq görənlərə təşəkkür edirəm".

Qeyd edək ki, lahiyənin rəhbəri Ayaz Məməmmədov, içraçı prodüser Xəyal Əhmədov, Natavan Mirzəliyeva, mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı, dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqovadır.









Redaktorun seçimi