“Şuşa yaradıcılıq emalatxanası”nın iştirakçıları Şuşa şəhəri ilə yaxından tanış olublar

Hit: 1531
“Şuşa yaradıcılıq emalatxanası”nın iştirakçıları Şuşa şəhəri ilə yaxından tanış olublar
“Şuşa yaradıcılıq emalatxanası” layihəsi çərçivəsində bir sıra yaradıcı insanlar Mədəniyyət paytaxtımız Şuşa şəhərini ziyarət ediblər.
 
Tədbir çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa şəhərinin görməli yerləri –Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, Şuşa qala divarlarını ziyarət edib, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.
 
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanın təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
 
Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya çatdırılacaq.








Redaktorun seçimi