İradə Əlilinin "Zəfər Yolu" təqdim olundu

Tanınmış yazar, şair-publilist İradə Əlilinin Qarabağ həqiqətlərindən bəhs edən kitablarının təqdimatı keçirilib.
FAKTOR.AZ xəbər verir ki, bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında İradə Əlilinin “Bir damla göz yaşında torpaq həsrəti”, ”Laçın həsrətim”, ”Zəfər yolu”, "Xocalı Şahidlər danışır" kitablarının təqdimat mərasimi oldu. Müəllifin tədbir zamanı bir az əvvəl təqdimatı keçirilmiş "Xocalı Şahidlər danışır" kitabının holland və niderland dillərində tərcümə olunmuş nüsxələri də təqdim olundu.
Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, qazilər, iş adamları, tanınmış incəsənət nümayəndələri və müəllifin oxucuları iştirak etdilər. Tədbir iştirakçıları çıxışlarında İradə xanıma ürək sözlərini bildirirərək Qarabağ həqiqətlərəninin təbliğatı yolunda öz tövhəsini verdiyinə görə təşəkkür etdilər.
"Zəfər Yolu" kitabının həm müəllifi isə yazıçı, jurnalist Vüqar Şahinoğlu isə kitab haqqında qonaqlara məlumat verib. V.Şahinoğlu kitabın ön sözünü millət vəkili Ceyhun Məmmədov yazdığını və kitabın Azərbaycan və İngilis dillərində dərc edildiyini, Türkiyə türkəcisi üzərində tərcümə işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. 44 günlük Zəfər Savaşının dünya ictimaiyyətində Azərbaycan xalqının qəhrəmancasına öz torpaqlarını düşmən işğalından necə azad etdiyini söyləyib.
Qeyd edək ki, "Zəfər yolu" kitabının həmmüəllifi Vüqar Hacıyev, ”Laçın həsrətim” kitabının həmmüəllifi isə Sevinc Rzadır. "Xocalı Şahidlər danışır" kitabını Finlandiyada yaşayan Avropa Azərbaycanlıları Konqresinin Baş Katibi Arzu Oqtay Finland dilinə, Hollandiyada yaşayan Niderland Belçika Koordinasiya şurasının əlaqələndirici üzvü İkanə Yusifova isə holland dilinə çevirmişlər.
Müəllif tədbirin sonunda imzalı kitablarını oxucularına hədiyyə edib.


