"Avro 2016" 1/4 final - Almaniya, yoxsa İtaliya?

Hit: 469
"Avro 2016" 1/4 final - Almaniya, yoxsa İtaliya?

Bu gün Fransada təşkil olunan futbol üzrə Avropa Çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək. Faktor.az-ın məlumatına görə, yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparacaqlar.

Turnirin favoritlərindən olan, ancaq çempionat başlayandan yaxşı oyun nümayiş etdirə bilməyən Almaniya millisi yalnız 1/8 finalda Slovakiya ilə oyunda nisbətən rahat qələbə qazanmışdı.

Almanlardan fərqli olaraq yarışdan əvvəl şansları o qədər də yüksək dəyərləndirilməyən İtaliya yığması isə hər kəsi təəccübləndirməyə davam edir. Özünəxas oyun üslubuna malik olan italiyanlar qarşılarına çıxan rəqibləri növbə ilə yolundan kənarlaşdırmağı bacarıb. Antonio Kontenin yetirmələri 1/8 finalda erkən final kimi göstərilən İspaniya ilə matçda da inamlı qələbə qazanıb.

Bu dəfə isə hədəf turnirin daha bir favoritini – son dünya çempionunu məğlub etməkdir.

 

Avropa çempionatı

1/4 final

2 iyul

 

23:00. Almaniya – İtaliya

Baş hakim: Viktor Kassai

Yan xətt hakimləri: Qyorqi Rinq, Vençel Töt

Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Simon Marçinyak

Orxan Hacı









Redaktorun seçimi