Gökhan Gönüldən vida mesajı

Hit: 390
Gökhan Gönüldən vida mesajı

Fənərbaxçadan ayrılaraq Beşiktaşa transfer olan futbolçu Gökhan Gönül azarkeşlərlə vidalaşdı. Faktor.az xəbər verir ki, ulduz futbolçu sosial media hesabından "Fənər" azarkeşlərinə vida etdiyi mesajında bunları qeyd etdi:

"Ən çətin söylənən sözlər, vida sözləridir. Doqquz il ərzində şərəfimlə formasını daşıdığım, bu illər ərzində kapitanlığa qədər yüksəldiyim klubda, mənə kömək edən, duasını əskik etməyən, dostluğunu və qardaşlığını əskik etməyən, dəstək olan olmayan, ən çətin günümdə həmişə yanımda olan, könüldən oynadığımı bilən və bildiyini deyən hər kəsə, bu doqquz ilin hər bir anı üçün ayrı-ayrı təşəkkür edirəm. Haqqınızı halal edin. Əgər haqqım varsa halaldır".

Orxan Hacı









Redaktorun seçimi