Metro stansiyalarımızda səslənən musiqi parçaları - Onları kim bəstələyib ?

Hit: 33451
Metro stansiyalarımızda səslənən musiqi parçaları - Onları kim bəstələyib ?
 
Hüseyn Məmmədsalahov
 
Gündəlik həyatımızda hər birimiz bir neçə dəfə də olsa metrodan istifadə edirik.  Stansiyaların hər birinə məxsus olan musiqi parçalarını da təbii ki, eşitmişik.  Nə vaxtsa düşünmüsünüzmü ki,  bu musiqi parçaları hansı bəstəkarlar tərəfindən yazılıb. Ən azı ondan ötrü ki,  şəhərimizə gələn turistlərdən biri sizə bu haqda sual verə bilər.  
 
Faktor.az saytı sizə Bakı metropoliteni stansiyaları üzrə qatarlarda səsləndirilən musiqi parçalarının siyahısını təqdim edir: 
 
1. «Dərnəgül» - «Bakı» (Vasif Adıgözəlov)
2. «Azadlıq prospekti» - «Cəngi» (milli rəqs)
3. «Nəsimi» - «Gül açdı, bahar oldu» (xalq mahnısı)
4. «Memar Əcəmi» - «Şəbi-hicran» («Leyli və Məcnun» operasından, Üzeyir Hacıbəyov)
5. «20 Yanvar» - «Bayatı-şiraz» (muğam)
6. «İnşaatçılar» - «Reyhan» (Fikrət Əmirov, xalq mahnısı)
7. «Elmlər Akademiyası» - «Tələbə» (Telman Hacıyev)
8. «Nizami» - «Sənsiz» (Üzeyir Hacıbəyli) 
9. «Həzi Aslanov» - «Ay işığında» (Qəmbər Hüseynli)
10. «Əhmədli» - «Bakı» (Tofiq Quliyev)
11. «Xalqlar Dostluğu» - «Əziz dost» (Tofiq Quliyev)
12. «Neftçilər» - «Dostluq» və yaxud Neftçilər haqqında mahnı (Tofiq Quliyev)
13. «Qara Qarayev» - «7 gözəl» (baletdən fraqment, Qara Qarayev)
14. «Koroğlu» - «Korğlu» (üvertüra, Üzeyir Hacıbəyov)
15. «Ulduz» - «Tez gəl» («Yar gəlir görüşə», Tofiq Quliyev)
16. «Nəriman Nərimanov» - «Güllərim» (Arif Məlikov)
17. «Gənclik» - «Yadındamı» və ya «Ötən günlər» (Xəyyam Mirzəzəadə)
18. «28 May» - «Qarabağ şikəstəsi» (muğam)
19. «Sahil» - «Liman» (Oqtay (Rəşid) Nəsiboğlu)
20. «İçərişəhər» - «Bakı gecələri» (Ələkbər Tağyev)
 








Redaktorun seçimi