Azərbaycanın təkcə bu rayonunda 6 min şəhid verdik - Ürəkdağlayan görüntülər - VİDEO


"Qarabağ" klubu 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda tarixində 4 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. İlk dəfə 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuş klub, daha sonra çempionluğu 20 il gözləməli olub. Qarabağın ikinci çempionluğu 2014-cü ilə təsadüf edir. 20 ildən sonra gələn çempionluq komdanı ruhlandırır və "Qarabağ" ardıcıl çempionluqlar əldə edir. Bundan başqa "Qarabağ" avropada da uğurlar qazanıb. Ardıcıl iki il ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən klub, bu il də avropada uğurlu çıxış edir. Belə ki, Çempionlar Liqasında mübarizə aparan çempionumuz artıq 3-cü mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə "Qarabağ"ın rəqibi Çexiya çempionu "Viktoriya Pilzen"lə qarşılaşacaq.
Ağdamlı azarkeşlər kimi futbolçular da Ağdam şəhərinə, "İmarət" stadionuna qayıdacaqları günü səbirsizliklə gözləyir. Ümid edirik ki, o gün tezliklə gələcək.
Orxan Hacı


