Sabah leysan yağacaq

Hit: 207
Sabah leysan yağacaq

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında iyunun 3-də bəzi yerlərdə şimşək çağacaq, arabir yağış yağacaq. Yağıntı bəzi yerlərdə leysan xarakterli olacaq, dolu düşəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.









Redaktorun seçimi