"Survivor 2016"nın qalibi Atakanın - Həyat hekayəsi - VİDEO - FOTOLAR

Hit: 1806
"Survivor 2016"nın qalibi Atakanın - Həyat hekayəsi - VİDEO - FOTOLAR

"Survivor 2016"nın qalibi Avatar Atakan Arslanın bilmədiyimiz həyat hekayəsi 

Hər kəsin Avatar ləqəbiylə tanınan Çağan Atakan Arslan 27 avqust 1989-cu ildə Sivasda doğulub.

İdman həyatına basketbolla başlayan Atakan 17 yaşından döyüş idman növlərində tanınmağa başlayıb.

2008-ci ildən bu günə kimi kick boks və Muay Thai milli komandalarında ölkəsini arenada təmsil edərək professional müsabiqələrə çıxıb. 2011-ci ildə Özbəkistanda 5 min rəqib azerkeşin önündə özbək rəqibini məğlub edərək "IFMA Muay Thai Dünya Çempionu" adını qazandı və kişilər arasında ilk qızıl medal gətirən idmançı kimi tarixə düşdü.

Uşaq yaşlarında olarkən ana və atası ayrılmış Atakan atası ilə yaşamağa başlayıb və ata nənəsi onu böyüdərək bu günlərə gətirib. Ailənin tək qızı olan Atakanın bacısı isə boşanmadan sonra anası ilə yaşamağa başlayıb.

<figure style="margin: 0px; padding: 0px; border: 0px; font-stretch: inherit; font-size: 10px; line-height: 18px; font-family: " pt="" sans",="" "open="" helvetica,="" arial,="" sans-serif;="" vertical-align:="" baseline;="" position:="" relative;"="">

İdmançı kimi tanınsa da arada kino və seriallarda rol alan Atakan mankenliklə də məşğul olub.

"Survivor 2016" yarışmasına qatılan Atakan burada yarışma boyu davranışları,oyunlar zamanı göstərdiyi performansları və dediyi sözlərlə diqqətləri üzərinə topladı və qısa vaxt ərzində hər kəsin sevimlisinə çevrildi. Yarışma ərzində qazandığı uğurlar onu "Survivor 2016"nın və çoxlu sayda insan sevgisinin çempionu etdi.

Minarə Məhərrəmqızı

 

1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi