Xoşqədəm Hidayətqızı geri dönür

Hit: 296
Xoşqədəm Hidayətqızı geri dönür

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə "Xəzər" telekanalında işə başlayacaq.

Faktor.az-ın məlumatına görə, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.

Qeyd edək ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının "Səni axtarıram" layihəsində çalışanlar da yer alıb.

X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişində, daha sonra isə ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərində də aparıcılıq edib. 

Xatırladaq ki, aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.









Redaktorun seçimi