Üzeyir Hacıbəyov, yoxsa Üzeyir bəy Hacıbəyli?

Hit: 5037
Üzeyir Hacıbəyov, yoxsa Üzeyir bəy Hacıbəyli?

Üzeyir bəy Hacıbəyli yoxsa Üzeyir Hacıbəyov?

Azərbaycanın musiqi dühası Üzeyir bəyin adını necə təqdim etmək istiqamətində jurnalistlər və tədqiqatçılar səhvlərə yol verirlər. Üzeyir Hacıbəyov yox Üzeyir bəy Hacıbəyli daha doğrudur.

Azərbaycan Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq "Hacıbəyli" kimi tarixə düşüb. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra bəziləri "Üzeyir bəy Hacıbəyli" formasında yazırlar. Bunun fərqində olmayanlar isə Üzeyir Hacıbəyov yazmaqla kifayətlənirlər.
Qeyd edim ki, dahi sənətkarın doğum şəhadətnaməsində uşağın adı "Üzeyir bəy" yazılıb. Bir il sonra, 1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona "bəylik şəhadətnaməsi" verilmişdi. Sovet dövrünədək sənətkar "Üzeyir bəy" kimi tanınmış, 1920-ci ildən"bəy" titulu da rəsmən ixtisara salınmış, sadəcə Üzeyir Hacıbəyov kimi yazılmağa başlanıb. Sovet təsirindən çıxmayan hələdə alim və jurnalistlər Üzeyir Hacıbəyov kimi yazırlar.

Zaur Əliyev









Redaktorun seçimi