Ağır yol qəzası baş verib

Hit: 194
Ağır yol qəzası baş verib

Türkiyənun Bolu şəhərində ağır yol qəzası baş verib.

Faktor.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bolu-Zonquldağ avtomobil yolunun Mengen rayonundan keçən hissəsinin çıxışındakı Dorukan tunelində olub.

Məlumata görə, yük maşını yol kənarındakı baryerlərə çırpılaraq yanıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər ölüb. Bundan başqa, yük maşınının yedəyindəki avtomobildə olan 2 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını yalnız iki saat sonra söndürməyə müvəffəq olublar.

Faktla bağlı araşdırma aparılır. 









Redaktorun seçimi