"Selfie" çəkərkən başına güllə dəydi

Hit: 226
"Selfie" çəkərkən başına güllə dəydi

Trabzonda 15 yaşlı qız "selfie" çəkərkən yaralanıb.

Faktor.az Türkiyə mətbuatına istinadən bildirir ki, Feyzanur Keleş adlı gənc qız bağçada selfie çəkərkən anidən yerə yıxılıb. Qohumları başından qan axan F.Keleşi dərhal xəstəxanaya çatdırıblar. Məlum olub ki, qızın başına şəkil çəkdirən zaman güllə dəyib. Atəşin kim tərəfindən açılması isə hələ məlum deyil. Məsələ ilə bağlı araşdırma aparılır.

Qız hal-hazırda xəstəxanadadır. Onun vəziyyəti ağırdır.









Redaktorun seçimi