Dünyada son 5 gündə ardıcıl olaraq yoluxma sayı 400 mini keçir

Hit: 1331
Dünyada son 5 gündə ardıcıl olaraq yoluxma sayı 400 mini keçir
Dünyada son beş günün sutkalıq statistikasında koronavirusa yoluxanların sayı 400 mini keçir.
 
Faktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.
 
Qeyd edilib ki, bu, pandemiyanın başlanğıcından bəri ən uzun sürən artma dövrüdür.
 
26 oktyabr tarixinə dünyada koronavirusa 42 966 344 nəfər yoluxub. Onlardan 1152604 nəfəri dünyasını dəyişib.
 
Son sutka ərzində isə yoluxma sayı 435 528 nəfər olub.
 
Ən çox yoluxma hadisəsi ABŞ-da qeydə alınıb - 8 485 747.
 
Sonrakı yerləri Hindistan (7909.959), Braziliya (5.380.635), Rusiya (1.531.224), Fransa (1.107.952), Argentina (1.081.336), İspaniya (1.046.132), Kolumbiya (1.007.711), Meksika (886 800), Peru (886 214), Böyük Britaniya (873 804) və Cənubi Afrika (715 868) bölüşür.







Redaktorun seçimi