Bakıda tikiş sexində yanğın olub

Hit: 4082
Bakıda tikiş sexində yanğın olub
Bakıda tikiş sexində yanğın hadisəsi baş verib.
 
Bu barədə Faktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, paytaxtın Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.








Redaktorun seçimi