Fransa prezidenti bu gün Ayətullah Sistani ilə görüşəcək

Hit: 7237
Fransa prezidenti bu gün Ayətullah Sistani ilə görüşəcək
Fransa Prezidenti Emmanuel Makron sentyabrın 2-də İraqa bir günlük səfər edib.
 
Faktor.az xəbər verir ki, məlumatı İraqda dərc olunan “Kulalakhbar” qəzeti yayıb.
 
Bildirilib ki, o, səfər çərçivəsində İraqın Baş Naziri Mustafa əl-Kazimi və dövlətin başqa rəsmiləri ilə görüşlər keçirib.
 
Məlumata görə, E.Makron səfər çərçivəsində şiə liderlərindən biri ayətullah Əli əs-Sistani ilə İraqın Nəcəf şəhərində görüşəcək.
 
Fransanın dövlət başçısı İraqın şimalına səfər etməyəcək. Bölgənin kürd liderlərini Bağdadda qəbul edəcək.
 
Qeyd edək ki, Emmanuel Makron İraqa Livandan gedib.








Redaktorun seçimi