Navalnıy zəhərlənib, vəziyyəti ağırdır

Hit: 1543
Navalnıy zəhərlənib, vəziyyəti ağırdır
Rusiyada müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.
 
Faktor.az-ın rus KİV-nə istinadən verdiyi xəbərə görə, Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə gedən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib. Bu barədə Navalnıyın mətbuat katibi Kira Yarmış öz tvitter səhifəsində açıqlama verib.
 
O, Navalnıyın huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini və hazırda reanimasiyada olduğunu bildirib.
 
Yarmış müxalifət liderinin zəhərləndiyini iddia edir. Onun sözlərinə görə, A. Navalnıy səhər saatlarında ancaq bir stəkan çay içib.








Redaktorun seçimi