Beyrutda partlayışdan ölənlərin sayı 100-ü keçdi

Hit: 4771
Beyrutda partlayışdan ölənlərin sayı 100-ü keçdi
Livanın paytaxtı Beyrutda partlayışda ölənlərin sayı 100-ü ötüb.
 
Faktor.az AFP-yə istinadən xəbər verir ki, bu barədə məlumatı Livanın Qırmızı Xaç Cəmiyyəti yayıb.
 
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.
 
Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.








Redaktorun seçimi