Evin damına çıxaraq qanunsuz çağırışlar edən paytaxt sakini saxlanılıb

Hit: 10522
Evin damına çıxaraq qanunsuz çağırışlar edən paytaxt sakini saxlanılıb

Paytax sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq ictimai diqqəti üzərinə yönəltməklə qanunsuz çağırışlar edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, o, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini deyib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

 

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək.









Redaktorun seçimi