Ayətullah Xamenei Ramazan bayramını elan etdi

Hit: 5457
Ayətullah Xamenei Ramazan bayramını elan etdi

Əziz müsəlmanlar Fitr bayramınız mübarək olsun!

Ayətullah Xameneiyə bağlı olan “İstihlal İdarəsi”nin 150-yə yaxın qrupları Ramazan ayının 29-cu günündə müxtəlif yerlərdən müşahidlər aparıb.

Günün sonunda Şəvval ayının hilalını görüb və apardıqları müşahidələri Ayətullah  Xamenei cənablarına təqdim ediblər. Ayətullah Xamenei mayın 24-nə Fitr bayram gününü elan edib.
 
 
Bayram gecəsinin və gününün  mühüm əməlləri aşağıdakılardır:
 
1. Bayram gecəsi.
 
Mübarək Ramazan ayından Şəvval ayına keçən gecə (Şəvvalın 1-nin gecəsi) çox bərəkətli və olduqca fəzilətli gecələrdəndir. Bu gecəni əhya saxlamaq (oyaq qalmaq) və ibadət etmək əziz dinimiz tərəfindən çox bəyənilmiş əməllərdəndir. Bu gecə aşağıdakı əməlləri həyata keçirmək tövsiyyə edilir:
 
1. Müstəhəb qüsl almaq;
 
2. Sübhə qədər əhya saxlayıb, ibadət etmək;
 
3. Məğrib, işa, sübh namazlarından, eləcə də bayram namazından sonra bu duanı oxumaq:
 
“Əllahu əkbər, Əllahu əkbər. Lə iləhə illəllah. Vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd. Əlhəmdulilləhi alə mə hədənə və ləhuş-şukru alə mə əvlənə”.
 
4. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq;
 
5. 10 dəfə bu duanı oxumaq:
 
“Yə dəiməl-fəzli aləl-bəriyyəti yə bəsital-yədeyni bil-ə’tiyyəti yə sahibəl-məvahibis-səniyyəti salli alə Muhəmmədin və əlihi xayril-vəra səciyyətən vəğfir lənə yə zəl-alə fi həzihil-ə’şiyyəti”.
 
(Qeyd: Bu duanı eləcə də il boyu, hər cümə axşamı oxumaq müstəhəbdir).
 
2. Bayram günü.
 
1. Bayram namazı qılınanadək fitrə zəkatının ayrılıb verilməsi; bayram namazını qılmamış şəxs, bu zəkatı zöhr azanınadək verməlidir. İmkanı olan şəxs üçün, fitrə zəkatının verilməsi təkid olunmuş vacib əməllərdəndir. Bu, ictimai, iqtisadi faydalarla bərabər, orucun qəbul olunmasına, bədənin və canın 1 il ərzində xoşagəlməz hadisələrdən sığortalanmasına səbəb olan amillərdən sayılır;
 
2. Bayram qüslünü almaq, yeni paltar geyinmək, ətirlənmək;
 
3. Bayram namazından qabaq iftar açmaq.








Redaktorun seçimi