Bu gün ramazanın son cüməsi - Beynəlxalq Qüds Günüdür

Hit: 2995
Bu gün ramazanın son cüməsi - Beynəlxalq Qüds Günüdür
Bu gün bir çox müsəlman ölkələrində İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azadlığı naminə Beynəlxalq Qüds Günü qeyd edilir.
 
Faktor.az xəbər verir ki, artıq 40 ildir ki, ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds Günü kimi qeyd edilir.
 
Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.
 
Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Bu səbəbdəndir ki, müsəlman xalqlarının səadətini istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.
 
Belə əlamətdar günlərdə keçirilən aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.
 
Son illərdə Qüdsün İsrailin paytaxtı elan edilməsi, Colanın İsrailin ərazisi kimi tanınması, işğal edilən İordan çayının qərbində sonradan salınan 121 şəhər və qəsəbənin, habelə İordan vadisinin İsrailə ilhaq edilməsi planının gündəmə gəlməsi Qüds gününün keçirilməsinin əhəmiyyətini daha da artırıb. Bu il müxtəlif müsəlman dövlətlərində koranavirus pandemiyasına görə, Qüds günü aksiyaları istənilən kimi keçirilməsə də karantin şərtlərini riayət etməklə fərqli proqram və tədbirlərin keçirilməsi nəzərdə tutulub.








Redaktorun seçimi