Putinin mətbuat katibi koronavirusa yoluxdu

Hit: 3457
Putinin mətbuat katibi koronavirusa yoluxdu
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxub.
 
Trend-in məlumatına görə, bunu D.Peskov özü təsdiq edib.
 
Mətbuat katibi hazırda müalicə olunduğunu deyib. D.Peskov Rusiya Prezidenti ilə sonuncu dəfə bir ay əvvəl təmasda olduğunu da bildirib.
 
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın baş naziri Mixail Mişustin, tikinti və mənzil-kommunal təsərrüfat naziri Vladimir Yakuşev və mədəniyyət naziri Olqa Lyubimova koronavirusa yoluxub.







Redaktorun seçimi