Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Hit: 4002
Rusiyada daha bir nazir koronavirusa yoluxdu
Rusiyanın mədəniyyət nazir Olqa Lyubimova koronavirusa yoluxub.
 
Trend-in məlumatına görə, bunu nazirin mətbuat katibi Anna Usaçova bildirib.
 
Onun sözlərinə görə, nazir işini evdən davam etdirir, iclaslarda videoformatda iştirak edir.
 
Nazirin xəstəliyinin yüngül formada keçdiyi deyilir.
 
Xatırladaq ki, ötən həftə Rusiyanın baş naziri Mixail Mişustin, eləcə də tikinti və mənzil-kommunal təsərrüfatı naziri Vladimir Yakuşevdə virus aşkar olunmuşdu.








Redaktorun seçimi