Rusiyada koronavirusa yoluxanların sayı 145 000-i ötdü

Hit: 3639
Rusiyada koronavirusa yoluxanların sayı 145 000-i ötdü
Rusiyada son bir gündə 10 581 nəfərə koronavirus diaqnozu qoyulub.
 
Faktor.az  xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
 
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 145 268 nəfərə çatıb.
 
Ölkədə virusdan ölənlərin sayı isə 76 nəfər artaraq 1 356-ya yüksəlib.
 
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 18 095 nəfər sağalıb.
 
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 5 795.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 568 000-i ötüb. Bunların 1 157 275nəfəri sağalıb, 248346nəfəri isə ölüb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.








Redaktorun seçimi