Tramp son ay ərzində ilk dəfə Ağ evi tərk edəcək

Hit: 3082
Tramp son ay ərzində ilk dəfə Ağ evi tərk edəcək
Koronavirusla mübarizə şəraitində son ay ərzində Ağ evi tərk etməyən ABŞ prezidenti Donald Tramp cümə günü Kemp-Deviddə yerləşən iqamətgahına gedib.
 
Faktor.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin ictimaiyyətlə paylaşdığı iş qrafikində məlumat yerləşdirilib. Sənədə əsasən, Donald Trampın Merilend ştatındakı Kemp-Devid iqamətgahına gəlişi cümə günü axşam saatlarında nəzərdə tutulub.  
 
Sonuncu dəfə ABŞ prezidenti Vaşinqtonu 28 mart tarixində tərk etmişdi.








Redaktorun seçimi