“Forbes” planetin ən varlı biznesmenlərinin adlarını açıqladı - VİDEO

Hit: 2301
“Forbes” planetin ən varlı biznesmenlərinin adlarını açıqladı - VİDEO
Yeni növ koronavirus epidemiyası əsasən Avropa və ABŞ-da həyatı iflic etsə də, qlobal birjaların çökməsinə və sərvətin aşağı düşməsinə səbəb oldu. Dünyanın ən varlı insanlarının bu epidemiyadan azad olmadığını vurğulayan Forbes jurnalı siyahıda yer alan 51 milyarderin aktivlərinin ötən illə müqayisədə azaldığını qeyd edib. Buna görə, dünya milyarderlərinin ümumi aktivləri 2019-cu illə müqayisədə 700 milyard dollar azalaraq 8 trilyon dollara çatıb. Cari ilin mart ayının 18-nə qədər hesablamalara görə, hazırda dünyada 2095 milyarder var. Bu isə ötən illə müqayisədə 58 nəfər azdır.
 
Faktor.az Forbes jurnalının tərtib etdiyi siyahıda ilk 10-luğa daxil olan ən varlı biznesmenləri sizlərə təqdim edir:
 
Siyahıya ABŞ-ın Amazon şirkətinin direktoru Jeff Bezos başçılıq edir. Jurnal onun şəxsi sərvətinin 113 milyard dollar olduğunu müəyyən edib.
 
2-ci yerdə "Microsoft” şirkətinin yaradıcı Bill Qeyts qərarlaşıb. O, 98 milyard dollar kapitala malikdir.
 
3-cü yerdə gələn Fransanın LVMH şirkətinin baş direktoru Bernard Arnault və ailəsi isə 76 milyard dollar sərvət sahibidir.
 
4-cü yerdə ABŞ-ın Berkshire Hathaway investisiya şirkətinin sahibi Warren Buffett 67,5 milyard dollar sərvətə malikdir.
 
5-ci yerdə ABŞ-ın Oracle proqram şirkətinin yaradıcısı Larry Ellison qərarlaşıb. O, 59 milyard dollar kapitala malikdir.
 
6-cı yerdə gələn İspaniyanın Zara şirkətinin sahibi Amancio Ortega 55,1 milyard dollar sərvətə sahibdir. (İspaniya, Zara sahibi)
 
7-ci yerdə qərarlaşan dünyaca məşhur facebook sosial şəbəkəsinin qurucusu və baş direktoru Mark Zukerberq 54,7 milyard dollar kapitala sahibdir.
 
8,9,10-cu yerləri isə ABŞ-ın Walmart şirkətinin varisləri - Cim Uolton 54,6 milyard dollar, Alice Walton, 54.4 milyard dollar və Rob Walton, 54.1 milyard dollar dəyərində kapitala malikdirlər.
 
Walmart şirkətinin varisi Alice Walton dünyanın ən varlı qadını olaraq 9-cu yeri tutsa da, Forbes dünyanın ən varlı milyarderləri siyahısında 241 qadının olduğunu, bunlardan 7-nin həyat yoldaşları, bacıları və ya övladları ilə bölüşdüklərini qeyd edib.
 
Nüfuzlu jurnal ötən il siyahıdan 267 nəfərin çıxdığını və onlardan 21-nin vəfat etdiyini bildirib. Bununla yanaşı siyahıya 20 ölkədən 178 ad ilk dəfə daxil olub. Bunların arasında milyonlarla insanın epidemiya səbəbiylə evdə qaldığı zaman getdikcə populyarlaşan "Zoom" video tətbiqinin yaradıcısı və icraçı direktoru EricYuan yer alıb.
 
Bu arada ABŞ 614 zəngin insanı ilə ilk mövqeyini qoruyarkən, Çin isə 456 zəngin ilə növbəti pillədə qərarlaşıb.








Redaktorun seçimi