Koronavirus GPS peykinin buraxılışını təxirə saldı

Hit: 1944
Koronavirus GPS peykinin buraxılışını təxirə saldı
ABŞ Hərbi Hava Qüvvələrinin Kosmik və Raket Sistemləri Mərkəzi üçüncü nəsil GPS naviqasiya peykinin (GPS III) buraxılışını təxirə salıb.
 
Trend-in məlumatına görə, qərar koronavirus epidemiyası ilə əlaqədar qəbul edilib.
 
GPS peyki aprelin sonunda buraxılmalı idi. Yeni qərara əsasən, buraxılış Kanaveral kosmodromunda iyunun 30-da baş tutacaq
 
Qeyd edək ki, hazırda GPS peyk sisteminə 31 peyk daxildir.








Redaktorun seçimi