Türkiyədə maska satışı qadağan edildi - Pulsuz paylanacaq

Hit: 2383
Türkiyədə maska satışı qadağan edildi - Pulsuz paylanacaq
“Bu gündən Türkiyə əhalisində evlərə pulsuz maskalar paylanmağa başlandı. Koronavirus problemi bitənə qədər maska satışı qadağan olunur. Marketlərdə də maskalar pulsuz olacaq”.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusla (COVID-19) bağlı bu gün yeni tədbirlər haqqında məlumat verərkən bu barədə bildirib.
 
Türkiyə Prezidenti açıqlamasında deyib ki, Türkiyə xəstəxanalarında COVID-19-la bağlı diaqnoz və müalicə məsələsində heç bir problem yoxdur: “İstanbulun hər iki tərəfində də min çarpayılıq xəstəxana istifadəyə veriləcək. Yaşılköy Atatürk hava limanı sahəsində və Sancaqtəpədə inşasına başlanıb”.
 
Ərdoğan onu da bildirib ki, hər iki epidemiya xəstəxanası 45 gün ərzində istifadəyə veriləcək. (APA)








Redaktorun seçimi