Türkiyə hökumətinin tərkibində dəyişiklik olub

Hit: 1631
Türkiyə hökumətinin tərkibində dəyişiklik olub
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahid Turhan vəzifəsindən azad edilib. Bu vəzifəyə nazir müavini Adil Karaismailoğlu təyin olunub.
 
Faktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Hökumətin tərkibindəki dəyişikliyin səbəbi barədə açıqlama verilməyib.
 
A.Karaismailoğlu 1969-cu ildə Trabzonda doğulub. 1995-ci ildə İstanbul bələdiyyəsinin nəqliyyat sektorunda fəaliyyətə başlayan yeni nazir hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı dövründə müxtəlif vəzifələrdə çalışıb. O, ötən il Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini təyin olunub.








Redaktorun seçimi