Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötdü

Hit: 2158
Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötdü
Çində koronavirusdan ölənlərin və yoluxanların sayı artıb.
 
Faktor.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Məlumata görə, virusdan ölənlərin sayı 2 943 nəfərə çatıb, 47 mindən çox xəstə sağalıb. Ölkədə virusa yoluxanların sayı 80 151 nəfərə qədər artıb.
 
Son məlumata görə, 31 əyalətdə virusa yoluxma qeydə alınıb. Virusa yoluxmuş 47 204 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 
 
Çində koronavirusa ilk yoluxma ötən ilin dekabrında qeydə alınıb.







Redaktorun seçimi