Hüsnü Mübarək vəfat edib

Hit: 2325
Hüsnü Mübarək vəfat edib
Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.
 
Faktor.az xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb. 
 
Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-2011-ci illərdə Misirin prezidenti olub. 2011-ci ildə kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.








Redaktorun seçimi