Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək

Hit: 658
Ceki Çan koronavirusa qarşı vaksin icad edənə 1 milyon verəcək
Ceki Çan virusa qarşı vaksin tapana 1 milyon Çin yuanı (təxminən 143 min dollar) verəcək.
 
Çinli aktyor “Weibo” sosial şəbəkəsində ölkəsini bürümüş vahiməli virusun tezliklə məhv edilməsini arzuladığını yazıb:
 
“İnsanları belə əziyyət çəkən görmək istəmirəm. Bunun çarəsi tapılmalıdır”.
 
Koronavirusa görə insanların Çindən təxliyə edilməsi davam edir. İnternetdə Çinin boşalmış küçələrinin görüntüləri yayılmaqda davam edir.
 
Son məlumata görə, Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfərə çatıb. Pnevmaniyaya yoluxanların sayı 871 nəfərə çatıb.
 
Sutka ərzində 2,6 min nəfərdən çox insan virusa yoluxub. Bununla əyalətdə virusa yoluxanların ümumi sayı 29,6 min nəfərə çatıb. Virusa yoluxmuş 356 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb.
 
Bununla da Çində koronavirus daşıyıcılarının sayı 39,8 min nəfərə, qurbanlarının sayı 904 nəfərə çatıb. Ölkədə ümumilikdə 3 mindən çox insan xəstəlikdən sağalıb.
 
©Baku.ws







Redaktorun seçimi