Koronavirusda ölənlərin sayı 813-ə çatdı

Hit: 997
Koronavirusda ölənlərin sayı 813-ə çatdı
Çində koronavirusun yeni ştammına (2019-nCoV) yoluxanların sayı 37 min 252, bu virus səbəbindən ölənlərin sayı isə 813 nəfərə çatıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 29 min nəfərə yaxındır. İndiyədək 2663 nəfər sağalaraq xəstəxananı tərk edib.
 
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 316 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda - Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.








Redaktorun seçimi