Putinə hər saat koronavirusla bağlı hesabat verilir

Hit: 1288
Putinə hər saat koronavirusla bağlı hesabat verilir
Putinə hər gün, bəzən isə hər saatda koronavirus xəstəliyinin yayılması ilə bağlı hesabat verilir.
 
Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
 
“Koronavirusun yayılmasına qarşı proqramlar hazırlanıb. Alimlər, şirkətlərlər xəstəliyə qarşı peyvənd hazırlayır, diplomatik xidmətlər və hərbi qüvvələr xəstəliyin yayılmasının qarşısını almağa çalışırlar”- deyə Peskov söyləyib.
 
Buna qədər, Tümenə Çinin Uxan şəhərindən göyərtəsində rusiyalı turistlər olan 2 təyyarə eniş edib. (Modern.az )








Redaktorun seçimi