Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb

Hit: 585
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb
Türkiyənin şərqindəki zəlzələ nəticəsində ölənlərin sayı 39-a çatıb. 
 
Faktor.az"Haberler"ə istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Fahrettin Koca açıqlayıb.
 
Nazir bildirib ki, yaralı olaraq xilas edilənlərin hamının vəziyyəti yaxşıdır.
 
Son bir neçə saat ərzində xilasedicilər Elazığ şəhərində dağıntılar altından üç nəfərin cəsədini çıxarıblar.
 
Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Malatya və Elazığ əyalətlərində 6,8 bal gücündə zəlzələ baş verib.
 








Redaktorun seçimi