Ankarada bir saatda 3 dəfə zəlzələ olub

Hit: 492
Ankarada bir saatda 3 dəfə zəlzələ olub
Türkiyənin paytaxtı Ankarada ard-arda 3 zəlzələ olub.
 
“Report” “Sözcü”yə istinadən xəbər verir ki, 3,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 07.42-də, 4,5 bal gücündə ikinci yeraltı təkanlar saat 07.54-də, 3,2 bal gücündə üçüncü zəlzələ isə saat 08.08-də baş verib.
 
Ankara valisi bildirib ki, zəlzələ nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb.
 
Qeyd edək ki, dünən gecə saatlarında Türkiyənin Manisa şəhərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.








Redaktorun seçimi