Türkiyə 2027-ci ilə qədər altı sualtı qayıq inşa edəcək

Hit: 1754
Türkiyə 2027-ci ilə qədər altı sualtı qayıq inşa edəcək
Türkiyə 2027-ci ilə qədər altı sualtı qayığı istismara vermək  niyyətindədir.
 
Faktor.az-ın "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şimal-qərbindəki Geljuk hərbi gəmiqayırma zavodunda ilk türk sualtı qayığı "Piri Rəis"in suya salınması münasibəti ilə keçirilən mərasimində deyib.
 
"2022-ci ildən etibarən Türkiyə Hərbi Dəniz Qüvvələrinə hər il bir sualtı qayıq təhvil veriləcək.  Ümumilikdə altı sualtı qayıq inşa ediləcək. Bunların sonuncusunun 2027-dən gec olmayaraq Türkiyə Hərbi Dəniz Qüvvələri komandanlığına təhvil verilməsi planlaşdırılır", Ərdoğan deyib.
 
"Piri Rəis" qayığının ağırlığı 1850 ton, uzunluğu 68,3 metr, eni 6,3 metrdir. Qayığın heyət üzvləri 40 nəfərdən ibarətdir.








Redaktorun seçimi