Türkiyədə Yeni il hazırlıqları zamanı bir nəfər ölüb

Hit: 630
Türkiyədə Yeni il hazırlıqları zamanı bir nəfər ölüb
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda yerləsən alış-veriş mərkəzinin Yeni il hazırlıqları üçün əraziyə gətirilən yük qaldırıcı kran aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
 
AZƏRTAC xəbər verir ki, kranın təxminən 30 metr hündürlükdən boşluğa aşdığı bildirilir.
 
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.








Redaktorun seçimi