Vaşinqtonda məktəb binasında atışma baş verib

Hit: 299
Vaşinqtonda məktəb binasında atışma baş verib
ABŞ-da Vaşinqton ştatının Vankuver şəhərindəki ibtidai məktəbdə baş verən atışmada azı iki nəfər yaralanıb.
 
Bu barədə Klark şəhərinin şerifinin saytında yerləşdirilən açıqlamada deyilir. Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya aparılıb, hal-hazırda vəziyyətləri barədə məlumat yoxdur.
 
Polis atəş açan şəxsin kimliyini müəyyən edərək təqib etsə də şübhəli şəxs intihar edib.
 
Hazırda araşdırma aparılması üçün atışma baş verən əraziyə yaxın bir sıra küçələr bağlanıb.
 
Yerli “The Columbian” qəzetinin yazdığına görə, hadisə məktəb binasının yaxınlığındakı avtomobil dayanacağında, dərslər bitdikdən sonra baş verib.








Redaktorun seçimi