Türkiyə ilə ABŞ arasında diplomatik gərginlik

Hit: 446
Türkiyə ilə ABŞ arasında diplomatik gərginlik

ABŞ-ın Ankaradakı səfirliyinin Tvitter hesabından FETÖ ilə əlaqələrdə şübhəli bilinərək axtarışa verilən Ərgün Babaxanın MHP lideri Dövlət Baxçalı haqqındakı qalmaqallı paylaşımının bəyənilməsi diplomatik gərginlik yaradıb.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Faktla bağlı səfirliyin rəsmisi Türkiyə XİN-ə çağrılıb və izahat tələb olunub.

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal səfir Devid Satterfeld şəhərdə olmadığı üçün səfirliyin məsləhətçisi Cefri Hovenierlə görüşüb.









Redaktorun seçimi