ABŞ mətbuatı Rusiya silahını təriflədi

Hit: 290
ABŞ mətbuatı Rusiya silahını təriflədi

“Nəşnl İnterest” hərbi jurnalı Rusiya istehsalı Su-35C hərbi təyyarəsinə təriflər yağdırıb.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, Mark Episkoposun müəllifi olduğu məqalədə hərbi təyyarənin üstünlüklərinə diqqət çəkilib:

“Sovet istehsalı güclü Su-27 hərbi təyyarəsinin modernləşdirilmiş versiyasi olan Su-35-də tamamilə yenilənmiş elektronik hissələr, yüngülləşdirilmiş şassi, üçölçülü vektorial çəkim qabiliyyəti və olduqca genişləndirilmiş silah növləri önə çıxır”.

Silahlardan xüsusilə kalibr raketlərinə və "Vimpel R-77" raketlərinə diqqət yetirən müəllif bu silahların ABŞ istehsalı AIM-120 AMRAAM raketlərinə yaxşı rəqib olduğunu vurğulayıb.









Redaktorun seçimi