Bu iki ölkə arasında nüvə müharibəsi gözlənilir

Hit: 353
Bu iki ölkə arasında nüvə müharibəsi gözlənilir

Amerikalı alimlər mümkün nüvə müharibəsinin ssenarisini müəyyənləşdiriblər. Alimlərə görə, bu müharibə Hindistanla Pakistan arasında ola bilər. Onlar araşdırmalarında 2025-ci ilə görə mümkün münaqişəni, onun miqyasını, Hindistan və Pakistanın nüvə arsenalını qiymətləndirməyə çalışıblar.

“Science Advances” jurnalında nəşr olunan araşdırmaya Kolodaro Universitetinin alimləri rəhbərlik edib.

Araşdırmaya görə, 2025-ci ildə Hindistan və Pakistanda 400-500 sayda nüvə silahı yerləşəcək. Hər döyüş başlığının gücü 100 kiloton həcmində olacaq.

Əgər Hindistan 100 strateji raket zərbəsi endirsə, Pakistanın cavabı 150 ola bilər. Bunun nəticəsində isə həftə ərzində 50-125 milyon insanın məhv olması mümkündür.

Araşdırmada həmçinin münaqişənin iqlimə təsiri də əks olunub. Müəlliflərin fikrincə, nüvə partlayışları qlobal soyuqlaşmaya səbəb ola bilər. Bu dəyişiklik yağıntıların 15-30% azalmasına gətirib çıxara bilər.









Redaktorun seçimi