İngiltərədə avtobus aşıb - 10-dan çox adam xəsarət alıb

Hit: 306
İngiltərədə avtobus aşıb - 10-dan çox adam xəsarət alıb

İngiltərənin Devon şəhərində şənbə günü səhər saatlarında avtobus aşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, qəzada 10-dan çox adam xəsarət alıb birinin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Devon polis idarəsinin açıqlamasında deyilir: "Hadisə yerinə təcili yardım maşınları və xilasetmə vertolyotu göndərilib. Polis əməkdaşları və yanğınsöndürənlər hadisə yerindədir".

Qəzanın baş verdiyi magistral hissədəki nəqliyyat müvəqqəti olaraq bağlanıb. Qəzanın səbəbləri araşdırılır.









Redaktorun seçimi