ABŞ-da gəmi əleyhinə raket sınağı

Hit: 266
ABŞ-da gəmi əleyhinə raket sınağı

ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında NSM gəmi əleyhinə raketi uğurla sınaqdan keçirib.

Faktor.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının bəyanatında bildirilib.

Bəyanatda deyilir: "ABŞ Donanmasının Independence sinifindən olan sahil döyüş gəmisi "Gabrielle Giffords" oktyabrın 1-də "Pacific Griffin" təlimləri zamanı NSM raketin imkanlarını uğurla nümayiş etdirib".

Bildirilir ki, bu, Hind-Sakit okean bölgəsində belə bir raketin ilk buraxılışıdır.









Redaktorun seçimi