ABŞ qorxur ki, Türkiyə NATO-dan çıxsa... - Rus ekspert

Hit: 289
ABŞ qorxur ki, Türkiyə NATO-dan çıxsa... - Rus ekspert

ABŞ-ın Yunanıstandakı yeni hərbi bazaları Türkiyə istisna olmaqla, NATO üzvlərini qoruyacaq.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Aleksey Fenenko deyib.

Onun sözlərinə görə, ABŞ 15 ildir ki, Yunanıstanla belə bir razılaşma imzalamağı planlaşdırırdı:

"2003-cü ildə Türkiyə və ABŞ-ın yollarının ayrıldığı məlum oldu. Bunun bir neçə səbəbi var: Əvvəla, ABŞ İraqın işğalı zamanı Kürdüstan yaratmağı seçdi ki, bu da Türkiyə üçün təhlükəli idi. İkincisi, Türkiyəyə qarşı ərazi iddiasında olan Bolqarıstan NATO-ya qəbul edildi. Üçüncüsü, Türkiyə bir neçə dəfə İraqda PKK-ya qarşı əməliyyatlarına ABŞ-ın mane olmamasını istəsə də, Vaşinqton bunu rədd etmişdi. Türkiyənin tam müstəqil siyasət yürütməsi ABŞ-ın bu ölkəni itiriləcəyi halda, nələrin baş verəcəyini düşünməsinə gətirib çıxarır. Bu səbəbdən Türkiyənin əsas düşməni Yunanıstana müraciət etdilər. ABŞ Türkiyənin NATO-dan çıxması durumunda ittifaqın bütün cənub hava sahəsinin tamamən nəzarətsiz qalacağından qorxur".









Redaktorun seçimi