İraq qaynayır - ölənlərin sayı 72-yə çatdı

Hit: 375
İraq qaynayır - ölənlərin sayı 72-yə çatdı

İraqda kütləvi etirazlar nəticəsində ölənlərin sayı 72-yə çatıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Skay Nyus Arabia” öz mənbələrinə istinadən yayıb.

Bununla belə hüquq müdafiəçiləri etirazlar zamanı həbs edilənlərin sayının 450-ə çatdığını açıqlayıblar.

Qeyd edək ki, 3 gün öncə İraq paytaxtı Bağdadda etiraz aksiyaların start verilib. Etirazçılar hökumətdən iş yerlərinin yaradılmasını, səhiyyədəki problemlərin həllini, korrupsiya ilə mübarizəni və hökumətin istefasını tələb ediblər. Tezliklə etirazlar Bağdadla yanaşı bir sıra vilayətlərə də keçib. İraq hökuməti bununla əlaqədar olaraq ölkənin mərkəzi və cənubunda interneti tam məhdudlaşdırıb, komendant saatı tətbiq edib və İranla sərhədi qapadıb.









Redaktorun seçimi