Monarx sarayını çalxalayan “Çörək qiyamı” - İnqilaba gedən yolun qadınları

Hit: 441
Monarx sarayını çalxalayan “Çörək qiyamı” - İnqilaba gedən yolun qadınları

230 il əvvəl – 1789-cu il oktyabrın 5-də Fransada çörək tələbi ilə Versal sarayına yürüşə başlayan qadınlar xalqın monarxiyaya boyun əyməyəcəyini göstərdi.

Teleqraf.com xəbər verir ki, qadınların Versal sarayına yürüşü Fransa inqilabına gedən yolda tarixə yazılan ən önəmli mübarizələrdən biridir.

1789-cu il iyulun 14-də monarxiyanın simvolu olan Bastiliya həbsxanasının xalq və burjuaziya tərəfindən yıxılması Fransa inqilabına və feodalizmə son qoyulmasına öncüllük edən qiyamlardan biri idi. Bu olaydan qısa müddət sonra baş verən digər önəmli qiyam isə Versal sarayına edilən hücum idi.

Krallıq zorbalığının tarixi simvolu olan Bastiliya həbsxanasının dağıdılmasından sonra aclıq və yoxsulluqla boğuşan xalqın ən əsas hədəfi Versal sarayı idi.

XVIİI əsrin sonlarında gəlirinin yarıdan çoxunu sadəcə çörəyə verən xalq qida tapa bilmədiyi halda özünün dəbdəbəli sarayında ziyafətlər verən, əyləncələr təşkil edən Kral XVI Luis və kraliça Mariya Antuanetta bununla ölkədə bir xeyli düşmən qazanmışdı.

1789-cu il oktyabrın 5-də çörək tələbi ilə Versal sarayına edilən yürüş kral ailəsinin illərdir yaşadığı saraydan çıxarılıb Parisə gətirilməsi ilə tarixdəki yerini aldı.

5 oktyabr səhəri

Oktyabrın 5-də səhər qiyam bazarda və Sen-Antuan şəhəri ətrafında eyni anda alovlandı.

Bazardakı qadın balıq satıcılar və şəhərdəki fəhlə qadınlar “Çörək!”, “Versala doğru!” şüarları ilə insanları monarxın sarayına səslədi. Beləliklə, Parisdən Versal sarayına qədər olan ən azı 30 kilometr məsadəfə kütləviləşən bu yürüş kral sarayından Parisə çörək gətirmək tələbi ilə başlamışdı.

Qadınların saray çatar-çatmaz hədəf aldığı əsas şəxs kraliça Antuanetta idi. Çörək qıtlığı üçün kral ailəsini günahlandıran qadınlar: “Nə vaxt çörək yeyəcəyik?” bəyanatını oxudu. Qiyamdan bir neçə ay əvvəl – avqust ayında “İnsan və vətəndaş haqları bəyannaməsi”ni qəbul edəcəyi vədini verən XVI Luis saray anbarlarından parislilərə çörək verəcəyini desə də, kimsə bununla razılaşmamışdı.

Saray yox, xalq…

Qiyam günü baş verən qarşıdurmada gözətçilərin bir nəfəri öldürməsindən sonra etirazçılar saraya – birbaşa karilçanın otağına girdi. Kralın Versal sarayından çıxıb Parisə gəlməsini tələb edən etirazçılar bunu bacardı. Bir gecənin içində parlament və kral sarayı Parisə köçürüldü. Artıq qərarlar qiyamçı xalqın iştirakı ilə veriləcəkdi.

Kral ailəsinin Parisə köçməsinə baxmayaraq, qiyamçı qadınlar etirazlarını davam etdirdi. Qarğıdalı bazarına hücum etdilər, ələ keçirilən xarab olmuş unu krala göndərdilər, unun gizli anbarlarda saxlanılmasına etiraz etmək üçün küçələrə çıxdılar.

Parlamentin yeni qərarından sonra çörək böhranı tədricən sakitləşməyə başladı.

Qadınların yürüşü Versal monarxiyasını sona yaxınlaşdıran ən önəmli mübarizələrdən biridir. Xalqın saraya yox, sarayın xalqa tabe olduğunu göstərən bu qiyam tarixin əsas mübarizə simvollarından biridir.









Redaktorun seçimi