Ermənistanla sərhəddə atışma - Ölən və yaralanan var

55 dəfə oxunub
Ermənistanla sərhəddə atışma - Ölən və yaralanan var
Ermənistan silahlı qüvvələrinin  hərbiçisi Armen Çaxmaxçyan atışma zamanı yaralanıb, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi  Artsun Ovanesyan Sputnik Ermənistana məlumat verib. 
 
Hadisə oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığında baş verib.  Yaralı  tibb məntəqəsinə çatdırılıb, onun həyatı təhlükədə deyil. 
 
Kəndin ağsaqqalı Feliks Melikyanın dedyinə görə, hərbiçi çiynindən yaralanıb.  Onu mərkəzi klinik hospitala yerləşdiriblər. 
 
Ovanesyan həmçinin  son günlər  bir erməni hərbiçisinin həlak olması və üçünün yaralanması xəbərini də təsdiqləyib. Bu barədə əvvəllər ancaq sosial şəbəkədə məluimat verilmişdi. 
 
///Anews.az



Redaktorun seçimi