Ölü sayı 100 -ə, yaralı sayı 2 minə çatdı - Türkiyə DİN çağırış etdi

463 dəfə oxunub
Ölü sayı 100 -ə, yaralı sayı 2 minə çatdı - Türkiyə DİN çağırış etdi
İraqda oktyabrın 1-dən başlayan və hələ də davam edən dövlətə qarşı üsyanlar genişlənməkdədir.

Faktor.az Metbuat.az-a istinadən xəbər verir ki, təhlükəsizlik səbəbi ilə adı açıqlanmayan İran Səhiyyə Nazirliyi nümayəndəsi bildirib ki, ölü sayı 100-ə çatıb, yaralıların sayı isə 2 mindən çoxdur. Yaralılar arasında ölüm riski olanlar da mövcuddur. Nümayişçilərə qarşı mərmi və gözyaşardıcı qazdan istifadə edilir.

Artıq Türkiyə dövləti də məsələ ilə bağlı açıqlama yayıb. Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilir:

"Nümayişlər zamanı sivil xalqdan və təhlükəsizlik işçilərindən həyatını itirən bütün iraqlı qardaşlarımıza rəhmət diləyirik. İraq xalqının hüzur və rifah içində yaşaması səmimi diləyimizdir. İraq dövlətinin xalqın tələbləri qarşısında gərəkli addımları atacağına inanırıq. Nümayişlərdə daha da itki və təlafat yaşanmaması üçün sadiqlik və optimizmə çağırış edirik".



Redaktorun seçimi