İstanbulda 329 mindən çox risk tikilinin olduğu müəyyənləşdirilib

Hit: 195
İstanbulda 329 mindən çox risk tikilinin olduğu müəyyənləşdirilib
İstanbulda baş vermiş son yeraltı təkanlardan sonra zədəli binaların araşdırılması və şəhərin yenidən qurulması işləri görülür.
 
Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərdəki çökmə təhlükəsi olan riskli tikililərin müəyyən edilməsi, onların sökülərək yenidən qurulması istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, 2012-cü ildən yenidənqurma işləri aparılır.
 
Aparılan son araşdırmalara əsasən, İstanbulda 286 min 551-i yaşayış binası, 42 min 622-si iş yeri olmaqla ümumilikdə 329 min 173 risk tikilinin olduğu müəyyənləşdirilib. Bunlardan 227 min 446-sı yaşayış binası, 30 min 459-u iş yeri olmaqla ümumilikdə 257 min 905-i artıq sökülüb.
 
Şəhərin Kadıkoy, Maltəpə, Küçükçekmece, Kartal, Baxçalıevlər, Pendik, Umraniye, Bağçılar, Esenyurt və Kağıthane rayonları isə ən çox riskli binanın olduğu 10 bölgə kimi müəyyən edilib.
 
Hazırda sökülən binaların yerində yenilərinin inşası aparılır. Bundan əlavə yeni tikililərin inşa edilməsi üçün şəhərdə 28 ehtiyatda olan bölgə var.
 
Sentyabrın 12-də Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum ölkənin yenidən qurulmasına dair yol xəritəsini ictimaiyyətə təqdim edib. Xəritəyə əsasən, qarşıdakı 5 ildə 100 mini İstanbulda olmaqla, ölkədə ümumilikdə 300 min tikili inşa ediləcək. Bunlardan 25 mini İstanbulda olmaqla, ölkə üzrə ümumilikdə 65 min binanın birinci ildə tikililməsi planlaşdırılır.








Redaktorun seçimi